Yuxarı

Dünya çempionu parkda spirtli içki qəbul etdiyi üçün saxlanıldı

Dünya çempionu parkda spirtli içki qəbul etdiyi üçün saxlanıldı

Luvo Manyonqa

Cənubi Afrikanın uzununa tullanma üzrə dünya çempionu Luvo Manyonqa saxlanılıb. 

"Report" BBC-yə istinadən xəbər verir ki, 29 yaşlı atlet ölkəsinin Kayamandi qəsəbəsində özünü təcrid qaydalarını pozduğu üçün tutulub. O, parkda spirtli içki qəbul edib. 

29 yaşlı idmançı iyunun 29-da məhkəməyə getməli və ya könüllü olaraq 2500 rand (təxminən 143 ABŞ dolları) ödəməlidir. 

Qeyd edək ki, Luvo Manyonqanın 2012-ci ildəki dopinq testi müsbət nəticələnib. O, metamfetamindən asılı olduğu üçün uzun müddət müalicə olunub. Ölkə hakimiyyətinin dəstəyi sayəsində idmana qayıdan atlet 2017-ci ildə Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi