"Formula 1": İlk test yürüşündə ən yaxşı nəticəni bu komanda göstərdi

"Formula 1": İlk test yürüşündə ən yaxşı nəticəni bu komanda göstərdi Bu gün Formula 1 üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyası start götürüb.
Fərdi
19 Fevral , 2020 19:47
Formula 1: İlk test yürüşündə ən yaxşı nəticəni bu komanda göstərdi

Bu gün "Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyası start götürüb.

"Report"un məlumatına görə, İspaniyanın Barselona şəhərində keçirilən səhər sessiyasında ən yaxşı nəticəni Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas göstərib - 1 saat 17,313 saniyə (79 dövrə).

Böyük Britaniyanın “Reysinq Poynt” komandasının sürücüsü Serxio Peres 1 saat 17,375 saniyə (58 dövrə) göstərici ilə ikinci olub. Avstriyanın "Red Bull" kollektivinin pilotu Maks Ferstappen isə üçüncü ən yaxşı nəticəyə imza atıb - 1 saat 17,787 saniyə (91 dövrə).

Qeyd edək ki, mövsüm öncəsi ilk test sessiyası fevralın 21-dək davam edəcək. İkinci testlər isə 26-28 fevral aralığında olacaq. "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13 - 15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27 - 29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.

Son xəbərlər

Orphus sistemi