Dünya çempionatında Şərif Şərifovu udan güləşçi Şeyx Şamilin portretinə görə cəzalandırılıb

Dünya çempionatında Şərif Şərifovu udan güləşçi Şeyx Şamilin portretinə görə cəzalandırılıb Sərbəst güləş üzrə rusiyalı olimpiya və 4 qat dünya çempionu Abdulrəşid Sadulayev davranış və əxlaq qaydalarını pozduğu üçün 4 ay müddətinə diskvalifikasiya olunub.
Fərdi
2 Dekabr , 2019 00:51
Dünya çempionatında Şərif Şərifovu udan güləşçi Şeyx Şamilin portretinə görə cəzalandırılıb

Sərbəst güləş üzrə rusiyalı olimpiya və 4 qat dünya çempionu Abdulrəşid Sadulayev davranış və əxlaq qaydalarını pozduğu üçün 4 ay müddətinə diskvalifikasiya olunub.

Dünya Güləş Birliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 23 yaşlı pəhləvan yarış vaxtı siyasi və dini baxışlarını ifadə etməsi səbəbindən cəzalandırılıb.

14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatı vaxtı Sadulayev Şeyx Şamilin portreti olan futbolkasını nümayiş etdirib. O, 97 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan təmsilçisi Şərif Şərifova qalib gələrək, qızıl medal qazanıb.

Cəza müddəti 21 yanvar 2020-ci ilədəkdir. Rusiyalı pəhləvan pul cəriməsinə də məruz qalıb. O, tutduğu hərəkətə görə üzr istəyib.

Son xəbərlər

Orphus sistemi