Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olub

Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olub Azərbaycan ağırlıqqaldıranlarının Tailandın Pattaya şəhərində keçiriləcək dünya çempionatında çıxış cədvəli müəyyənləşib.
Fərdi
17 Sentyabr , 2019 10:18
Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olub

Azərbaycan ağırlıqqaldıranlarının Tailandın Pattaya şəhərində keçiriləcək dünya çempionatında çıxış cədvəli müəyyənləşib.

"Report"un məlumatına görə, ilk olaraq mübarizəyə qadın atlet Səbinə Əzimova başlayacaq. 55 kq çəkidəki idmançı sentyabrın 19-da Bakı vaxtı ilə saat 19:30-da "körpücük" üzərinə çıxacaq.

Sentyabrın 21-də saat 14:55-də 59 kq-dakı Boyanka Kostova, sentyabrın 23-də saat 19:30-da isə 96 kq-dakı Nailxan Nəbiyev mübarizə aparacaq.

Qeyd edək ki, sentyabrın 18-də başlanacaq kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) yarışacaq.

Son xəbərlər

Orphus sistemi