Rusiya baş nazirinin müavini: “Rusiya ilə Azərbaycan dost dövlətlərdir”

Rusiya baş nazirinin müavini: “Rusiya ilə Azərbaycan dost dövlətlərdir” Dmitri Kozak: "Nüfuzlu yarışın Azərbaycanda keçirilməsi Bakının dünyada tanınmasında öz tövhəsini verəcək"
Fərdi
25 İyun , 2017 18:37
Rusiya baş nazirinin müavini: “Rusiya ilə Azərbaycan dost dövlətlərdir”

Bakı. 25 iyun. REPORT.AZ/ “Soçi və Bakı əməkdaşdır, rəqib deyilik, bir-birmizi tamamlayırıq. Biz yalnız şəhərin gözəlliyi və yarışın təşkilatçılığı baxımından rəqabət apara bilərik. Təcrübəmizi bölüşürük və bir-birimzə kömək edirik”.

“Report”un məlumatına görə, bunu Formula 1 üzrə Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gələn Rusiyanın baş nazirinin müavini Dmitri Kozak deyib.

D.Kozak bildirib ki, nüfuzlu yarışın Azərbaycanda keçirilməsi Bakının dünyada tanınmasında öz töhfəsini verəcək: “Şəhər çox gözəldir, rəngarəngdir. Hər şey çox gözəl təşkil olunub. Bəyənirik və təcrübənizdən yararlanacağıq. Bu yarış bakılılardan səbr tələb edir. Ancaq bu özünü doğruldur. Bütün dünya Bakını tanıyacaq. Bakıdakı yarışın təşkilatçıları Soçiyə gələrək, təcrübə ilə tanış olurdular. Soçinin də bütün təşkilatçıları burdadır. Rusiya ilə Azərbaycan dost dövlətlərdir, srateji əməkdaşlığımız var”.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi saat 17:00-da start götürüb.

Son xəbərlər

Orphus sistemi