UFC prezidenti: "Nurməhəmmədov barəsində cəza çox sərtdir"

UFC prezidenti: "Nurməhəmmədov barəsində cəza çox sərtdir" Bakı. 31 yanvar. REPORT.AZ/ Mütləq döyüş çempionatının (UFC) prezidenti Deyn Uayt hesab edir ki, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədov çox sərt cəza alıb.
Fərdi
31 Yanvar , 2019 03:31
UFC prezidenti: Nurməhəmmədov barəsində cəza çox sərtdir
AP

Bakı. 31 yanvar. REPORT.AZ/ Mütləq döyüş çempionatının (UFC) prezidenti Deyn Uayt hesab edir ki, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədov çox sərt cəza alıb.

"Report"TASS-a istinadən xəbər verir ki, bu barədə "MMA Fighting" bildirib.

Çərşənbə axşamı ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib. İdmançı diskvalifikasiya ilə yanaşı, 500 min dollar məbləğində cərimə də olunub.

"Mən Həbibin işi üzrə qərardan təəccübləndim. O, reklam çarxlarında çəkilmək şərti ilə yarım milyon dollar cərimə və altı ay diskvalifikasiya edilib. Məncə, bu çox sərtdir", - deyə Uayt bildirib.

İdmançılar arasında döyüş oktyabrın 6-da olub. Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

NSAC həmin davaya görə irlandiyalı idmançı Konor Makqreqora qarşı da 6 aylıq cəza tətbiq edib. Boksçu yarışlarda iştirakdan kənarlaşdırılmaqla yanaşı, 50 min dollar məbləğində cərimə edilib. 

Son xəbərlər

Orphus sistemi