Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub - YENİLƏNİB Las Veqas şəhərində güləş üzrə dünya çempionatı davam edir
Fərdi
12 Sentyabr , 2015 09:58
Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Bakı. 12 sentyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir.

Qadın güləşçilərin yarışında 60 kq-da mübarizə aparan İrina Netreba bürünc medal uğrunda görüşdə ABŞ idmançısı Jaynesi məğlub edə bilməyib.

Kişilərin sərbəst güləşində Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və dünya çempionu adını qazanıb. 86 kq çəkidə bürünc medal uğrunda gürcüstanlı Sandro Aminaşvili ilə döşək üzərinə çıxan Məhəmmədhacı Xatiyev üstün olduğu mübarizəni zədə səbəbindən davam etdirə bilməyib. 

97 kq-da Xetaq Qazyumov da gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib. Üçüncülük yarışında Azərbaycan pəhləvanı güclü olub.

Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) isə gümüş medala yiyələnib.

Çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşir.

60 kq

1/8 final - İrina Netreba - Hafize Şahin (TUR) 11:6

1/4 final - Oksana Herhel (UKR) - İrina Netreba 5:4

Təsəlliverici görüş - B.Graham (CAN) - İrina Netreba 5:12

Bürünc medal görüşü - İrina Netreba - L.Jaynes (USA) 4:4*

61 kq

1/8 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev 2:11

1/4 final - Hacı Əliyev - Masakazu Kamoi (JPN) 6:2

1/2 final - Vladimir Dubov (BUL) - Hacı Əliyev 2:6

FİNAL - Hacı Əliyev - Nomin Batbold (MGL) - 10:0

86 kq

1/16 final - Halil Zubairov (MKD) - Məhəmmədhacı Xatiyev 0:10

1/8 final - Məhəmmədhacı Xatiyev - Aleksandr Villiam Dolli (İRL) 10:0

1/4 final - Armands Zvirbulis (LAT) - Məhəmmədhacı Xatiyev 1:12 (Olimpiadaya lisenziya qazandı)

1/2 final - Selim Yaşar (TUR) - Məhəmmədhacı Xatiyev 5:4

Bürünc medal görüşü - Sandro Aminaşvili (GEO) - Məhəmmədhacı Xatiyev - 0:1 (zədə səbəbindən güləşçimiz görüşü davam etdirə bilməsə də, ancaq olimpiadaya lisenziya qazanıb)

97 kq

1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (BLR) 8:0

1/8 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:5

1/4 final - Xetaq Qazyumov - Abdusalam Qadisov (RUS) 0:5

Təsəlliverici görüş - Stefan Kehrer (GER) - Xetaq Qazyumov 0:10 (olimpiadaya lisenziya qazanıb)

Bürünc medal görüşü - Xetaq Qazyumov - Elizbar Odikadze (GEO) - 4:1

Son xəbərlər

Orphus sistemi