Yuxarı

Dastin Porye Konor Makqreqorla qisas döyüşünün keçirilməsini istəyir

​Dastin Porye Konor Makqreqorla qisas döyüşünün keçirilməsini istəyir

Amerikalı idmançı Dastin Porye UFC-nin yüngül çəkidə sabiq çempionu Konor Makqreqorla qisas döyüşü keçirmək istəyir.

"Report" xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində bildirib.

"Düşünürəm, indi mənimlə Konor arasında qisas döyüşü məna daşıyır", - deyə Porye "Twitter"də yazıb.

Xatırladaq, döyüşçülər 2014-cü il sentyabrin 27-də qarşılaşıblar. Döyüşdə Makqreqor texniki nokautla qalib gəlib.

Sentyabrın 7-də isə Porye Həbib Nurməhəmmədova uduzub. O, bu məğlubiyyətlə UFC-nin müvəqqəti çempion titulundan məhrum olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi