Azərbaycanın daha iki taekvondoçusu dünya çempionatında qüvvəsini sınayacaq

Azərbaycanın daha iki taekvondoçusu dünya çempionatında qüvvəsini sınayacaq Taekvondoçular 67 və 68 kq çəkidə mübarizə aparacaqlar
Fərdi
14 May , 2015 08:38
Azərbaycanın daha iki taekvondoçusu dünya çempionatında qüvvəsini sınayacaq

Bakı. 14 may. REPORT.AZ/ Rusiyanın Çelyabinsk şəhərində keçirilən taekvondo üzrə dünya çempionatının 3-cü yarış günündə Azərbaycanın iki idmançısı tatami üzərinə çıxacaq. "Report"un məlumatına görə, bunlardan biri qadın, biri isə kişi idmançıdır.

67 kq çəkidə Fəridə Əzizova honduraslı Yosselin Molina və isveçrəli Beketele Qumedze cütlüyünün qalibi ilə üz-üzə gələcək. 68 kq-da mübarizə aparan Ayxan Tağızadə isə Ruandadan olan Savio Nzeyimana ilə döyüşəcək.

Turnirin ikinci günündə baş tutan döyüşlərdə 49 kq çəkidə döşək üzərinə çıxan Patimat Abakarova 1/16 finalda rusiyalı Svetlana İqumenovaya məğlub olub. İlkin Şahbazov isə 74 kq-da qüvvəsini sınayıb. Kipri təmsilçisi Kristos Pilavakislə üz-üzə gələn Şahbazov ilk döyüşdəcə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, mayın 12-dən start götürən çempionat ayın 18-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi