Azərbaycan cüdoçuları VI Beynəlxalq "Deti Azii" oyunlarında 4 medal qazanıblar

Azərbaycan cüdoçuları VI Beynəlxalq "Deti Azii" oyunlarında 4 medal qazanıblar Oyunların ilk günündə yeniyetmə cüdoçularımızdan Ağabəy Ağazadə qızıl medala layiq görülüb
Fərdi
10 İyul , 2016 16:03
Azərbaycan cüdoçuları VI Beynəlxalq Deti Azii oyunlarında 4 medal qazanıblar

Bakı. 10 iyul. REPORT.AZ/Cüdoçularımız beynəlxalq yarışda 4 medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunları keçirilir.

Yarışda məşqçi Nazim Umbayevin rəhbərliyi altında Azərbaycan cüdoçuları da iştirak edir.

Beynəlxalq yarışda təmsilçilərimiz 4 medala layiq görülüblər.

Oyunların ilk günündə yeniyetmə cüdoçularımızdan Ağabəy Ağazadə (55 kq) qızıl, Əli Sadıxov (46 kq) və Nazir Talıbov (50 kq) gümüş medal qazanıblar.

Yarışın ikinci günü isə Vüsal Şamilov (73 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, üç gün davam edəcək "Deti Azii" oyunlarına sabah yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi