Cüdoçular Göygöldə yaşıllaşdırma aksiyasında iştirak ediblər

Cüdoçular Göygöldə yaşıllaşdırma aksiyasında iştirak ediblər Cüdo üzrə Azərbaycan milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
Fərdi
17 Mart , 2019 15:24
Cüdoçular Göygöldə yaşıllaşdırma aksiyasında iştirak ediblər

Cüdo üzrə Azərbaycan milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.

"Report"un məlumatına görə, yığma üzvləri ötən gün kompleksin ərazisində yaşıllaşdırma aksiyasında iştirak edib.

Payızda əkilən 400-dən çox ağaca əlavə olaraq bu yaz daha 300 meyvə ağacı və 100 dekorativ ağac əkilib.

Göygöl Olimpiya Kompleksinin direktoru cüdo üzrə olimpiya mükafatçısı Mövlud Mirəliyevdir. 

Son xəbərlər

Orphus sistemi