Cüdoçu İrina Kindzerska Azərbaycan yığmasına bürünc medal qazandırıb

Cüdoçu İrina Kindzerska Azərbaycan yığmasına bürünc medal qazandırıb Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olub
Fərdi
25 Fevral , 2018 22:08
Cüdoçu İrina Kindzerska Azərbaycan yığmasına bürünc medal qazandırıb

Bakı. 25 fevral. REPORT.AZ/ Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, qadınların yarışında +78 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb.

Cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib.

Xatırladaq ki, Kindzerska 2 həftə əvvəl Parisdə keçirilən nüfuzlu yarışı da bürünc medalla başa vurub. Beləliklə, Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olub. Kişi cüdoçularımız arasında ən yaxşı nəticəni gümüş medal qazanan Rüstəm Orucov göstərib.

Qeyd edək ki, Düsseldorf "Böyük Dəbilqə" turnirundə dünyanın 65 ölkəsindən 441 cüdoçu mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi