Yuxarı

Cüdo üzrə “Federasiya kuboku” uğrunda komanda yarışları keçirilib

© Judo.az

Bakı. 23 aprel. REPORT.AZ/ Şirvan şəhərində cüdo üzrə regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışları keçirilib. 

"Report" xəbər verir ki, turnir yeniyetmələr üzrə 15 yaşadək cüdoçular arasında təşkil olunub. Yarışda müxtəlif bölgələrdən olan perespektivli cüdoçular mübarizə aparıblar. 

Daha yaxşı nəticə göstərən “Sumqayıt-1" komandası “Federasiya Kuboku”nun növbəti mərhələsinin qalibi olub. “Bakı-3” klubu 2-ci, “Şimal Qərb" komandası isə 3-cü yeri tutub. 

Regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışlarının növbəti mərhələsi aprelin 28-də Xaçmaz rayonunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi