Cüdo üzrə dünya çempionatında üç ölkə ilk medallarını qazanıb

Cüdo üzrə dünya çempionatında üç ölkə ilk medallarını qazanıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha üç ölkə ilk medallarını əldə edib.
Fərdi
24 Sentyabr , 2018 18:21
Cüdo üzrə dünya çempionatında üç ölkə ilk medallarını qazanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha üç ölkə ilk medallarını əldə edib.

"Report" xəbər verir ki, bu gün qadınların mübarizəsində 70 kq, kişilərdə isə 90 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Qadınlardan "bürünc"ə yiyələnən kolumbiyalı Yuri Alvear ölkəsinə ilk medalı qazandırıb. Bu çəkidə digər bürünc medala yaponiyalı Yoko Ono sahib çıxıb. Onun həmyerlisi Arai Tidzuru finalda fransalı Mari-Eva Qayeni məğlub edərək dünya çempionu olub.

Kişilərin mübarizəsində isə Nikoloz Şerazadişvili dünya çempionu olaraq, İspaniyanın ilk medalını rəsmiləşdirib. O, finalda kubalı Silva Moralesi üstələyib. Gümüş Mükafatçı da Kubanın ilk medalını əldə edib. Bu çəkidə bürünc medalları isə yaponiyalı Kenta Naqasava və fransalı Aksel Klerje əldə edib. 

Qeyd edək ki, Azərbaycan bu çəkilərdən yalnız 90 kq-da təmsil olunub. Lakin Məmmədəli Mehdiyev 1/16 finalda uduzaraq, mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi