Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub

Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub Turnirin sonuncu günündə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib
Fərdi
19 Yanvar , 2018 18:01
Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub
Judo.az

Bakı. 19 yanvar. REPORT.AZ/ "Sərhədçi" İdman Olimpiya Kompleksində keçirilən 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub.

"Report" xəbər verir ki, turnirin sonuncu günündə 5 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib.

Fuad Abbasov (60 kq), Sabir İsmayılov (73 kq), Fariz Ağayev (90 kq), Elvin Abbasov (100 kq) və Camal Feyziyev (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Xatırladaq ki, iki gün davam edən Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi