Yuxarı

Cüdo üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək Böyük Dəbilqə turniri üçün sifariş vərəqi açıqlanıb

Böyük Dəbilqə üçün 51 cüdoçu

Mayın 10-da Bakıda start götürəcək cüdo üzrə Böyük Dəbilqə turniri üçün Azərbaycan millisinin ilkin sifariş vərəqi açıqlanıb.

“Report” xəbər verir ki, heyətə 28 oğlan və 23 qadın olmaqla, 51 idmançı daxil edilib. Lakin yarışın startına qədər dəyişikliklərin olacağı istisna deyil.

Kişilər: Oruc Vəlizadə, Rəşad Yelkiyev, Tofiq Məmmədov, Rövşən Əliyev (hamısı 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə, İbrahim Əliyev, Nurlan Osmanov (hamısı 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Kərim Allahverdiyev (hamısı 73 kq), Murad Fətiyev, Afiq Səfərli, Araş Ağayi, Fəqan Quluzadə (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Aliumar Tumayev, Aslan Mirzəyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Süleyman Yaqubov, Sənan Əhmədov (hamısı 100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov (hamısı +100 kq)

Qadınlar: Əliyeva Leyla, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (hamısı 48 kq), Aleksandra-Larisa Florian, Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Elvira Ələsgərova (hamısı 52 kq), Elmira Mustafayeva, Səkinə Zayirova, Aytac Qardaşxanlı, İçinxorlu Munxtsedev (hamısı 57 kq), Diana Şoranova, Nuriyyə Axundova, Südabə Ağayeva, Nərgiz Hacıyeva (hamısı 63 kq), Günel Həsənli, Ruqiyyə Özerdem, Nərmin Əmirli (hamısı 70 kq), Nuranə Muradova, Ülviyyə Bayramova (hamısı 78 kq), İrina Kindzerska, Gözəl Zutova (+78 kq).

Qeyd edək ki, mayın 12-dək davam edəcək yarışda 60 ölkənin 500-dən çox cüdoçusunun mübarizə aparacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi