Cüdo üzrə Azərbaycan çempionatı start götürüb

Cüdo üzrə Azərbaycan çempionatı start götürüb Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.
Fərdi
24 Dekabr , 2019 20:10
Cüdo üzrə Azərbaycan çempionatı start götürüb

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.

“Report” xəbər verir ki, ilk yarış günündə kişilər 60 kq, 73 kq və 90 kq, qadınlar isə 48 kq, 57 kq və 70 kq çəki dərəcələri üzrə mübarizə aparıblar.
60 kq çəkidə Asəf Nəcəfov finalda Turan Bayramova qalib gələrək qızıl medal qazanıb. Bürünc medallara Kəramət HüseynovRövşən Əliyev layiq görülüb.

73 kq çəkidə Telman Vəliyev həlledici görüşdə Mətin Rzazadəni yenərək qızıl medala sahib çıxıb. Paşa ƏliyevKənan Quluzadə bürünc medalla kifayətlənib.

90 kq-da Məmmədəli Mehdiyev finalda Rüfət İsmayılov üzərində qələbə qazanaraq qızıl medalçı olub.

Bürünc medallara isə Zaur DünyamaliyevAliumar Tumayev yiyələnib.

Qadınların mübarizəsinə gəlincə, 48 kq-da finalda Ramilə Əliyeva Könül Əliyevanı məğlub edərək ölkə çempionu olub. Bürünc medala Şahnaz Əsgərova sahib çıxıb.

57 kq çəkidə İçinxorlu Munxtsedev finalda Nəzakət Əzizovadan üstün olub və birinci yeri tutub. Səkinə ZayirovaGünel Bəkirzadə bürünc medalçı olub.

70 kq çəkidə Günel Həsənli finalda Aidə Baxışovanı məğlub edib. Nərgiz İbrahimovaXədicə Rəşidova isə bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi