Yuxarı

Cüdo üzrə Avropa çempionatında bu gün azərbaycanlı iki qitə çempionu mübarizəyə qoşulacaq

Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Bakı. 27 aprel. REPORT.AZ/ İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq. 

"Report"un məlumatına görə, tatami üzərinə milli komandanın 73 kq çəki dərəcəsində yer alan 2 üzvü çıxacaq. Avropa çempionu, dünya və olimpiya mükafatçısı Rüstəm Orucov 1/16 finalda Dmitri Fedosejenkov (Latviya) - İon Naku (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Daha bir Avropa çempionu Hidayət Heydərov isə Dmitri Kanivetslə (Ukrayna) qarşılaşacaq. 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 3 kişi və 6 qadın cüdoçusundan heç biri mükafatçılar sırasına düşə bilməyib. 66 kq çəki dərəcəsində Orxan Səfərov 5-ci, Nicat Şıxəlizadə 7-ci yeri tutub. Yığmanın qalan üzvləri ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi