Yuxarı

Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunda yarımfinalçılar müəyyənləşib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin qrup üzrə son oyunları keçirilib.

“Report” xəbər verir ki, “A” qrupunda “Sərhədçi” komandası “Murad”ı 6:0 hesabı ilə məğlub edib. “Buta Golden” kollektivi isə “Ağstafa”dan üstün olub - 5:2. “B” qrupundan “Omar” “Köhlən”ə 11:1 hesabı ilə qalib gəlib. “Polad” isə “Qarabağ”dan güclü olub - 2:0.

Dekabr 22-də yarımfinalda “A” qrupunu lider kimi başa vuran “Sərhədçi” “B” qrupunun ikincisi “Polad”la qarşılaşacaq. “B” qrupunda birinci yeri tutan “Omar” isə “A” qrupundan “Buta Golden”lə üz-üzə gələcək.

Qeyd edək ki, üçüncü yer və final oyunları isə dekabrın 23-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi