Gənc stolüstü tennisçilər Azərbaycan yığmasına 2 medal qazandırıb

Gənc stolüstü tennisçilər Azərbaycan yığmasına 2 medal qazandırıb Həlledici qarşılaşmada Yanq Vanqı məğlub edib
Fərdi
10 Fevral , 2017 13:42
Gənc stolüstü tennisçilər Azərbaycan yığmasına 2 medal qazandırıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan stolüstü tennisçiləri Çexiyanın Xodonin şəhərində yeniyetmə və gənclər arasında keçirilmiş "Czech Open" turnirində 2 medal qazanıb. "Report"un yarışın rəsmi saytına istinadən verdiyi məlumata görə, medallara gənc oğlanların fərdi mübarizəsində çinli legionerlər sahib çıxıb.

Həlledici qarşılaşmada Sinyu Yanq və Çenxi Vanq üz-üzə gəlib. Görüş Yanqın qələbəsi ilə yekunlaşıb - 4:1. Yanq əvvəlki mərhələlərdə polşalı Kamil Nalepanı 4:3, çexiyalı Matey Sivyeki 4:1, danimarkalı Andreas Dillinqi 4:2, almaniyalı Gerrit Engemannı 4:1 hesabı ilə məğlub edib.

Vanq isə almaniyalı Yannik Xu və moldovalı Vladislav Ursunu 4:0, çexiyalı İrji Martinkonu 4:2, daha bir moldovalı Andrey Putuntikanı 4:1 hesabı ilə üstələyib.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, yeniyetmə qızlar arasında mübarizə aparan Simenq Denq 1/16 finalda cənubi koreyalı Seuyanq Byunu 4:0 hesabı ilə üstələsə də, 1/8 finalda yaponiyalı Kana Takeuçiyə 2:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Gənc oğlanların yarışında isə Vəzir Allahverdiyev təsnifat mərhələsindəcə çexiyalı Tomas Koldasa 1:3 hesabı ilə yenilib və turnirlə vidalaşıb.

Qeyd edək ki, Czech Open"də 36 ölkənin 300-dən çox stolüstü tennisçisi mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi