Yuxarı

Çingiz Hüseynzadə yenidən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinə namizədliyini irəli sürüb

EOC prezidenti vəzifəsinə cəmi bir şəxs namizəddir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti vəzifəsinə cəmi bir şəxsin namizədliyi irəli sürülüb.

"Report"un məlumatına görə, bu, hazırda EOC-un rəhbəri səlahiyyətlərini icra edən sloveniyalı Yanez Kosiyançiçdir. Seçki 24-25 noyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə qurumun Baş Assembleyası çərçivəsində baş tutacaq. Avropada daha bir böyük qurum olan UEFA-ya da sloveniyalı - Aleksander Çeferin başçılıq edir.

Zaqrebdəki iclasda EOC-un vitse-prezidenti, baş katibi və xəzinədarı da seçiləcək. İcraiyyə Komitəsinə seçkidə isə 13 yerə 23 nəfər namizədliyini verib. Onların arasında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də var. Seçiləcəyi təqdirdə, Ç.Hüseynzadə növbəti müddətə də fəaliyyətini davam etdirəcək. O, 2013-cü ildən İcraiyyə Komitəsinin üzvüdür.

Qeyd edək ki, EOC-un əvvəlki prezidenti Patrik Hikki 2016-cı ilin avqustunda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qanunsuz bilet satmaqda şübhəli bilinərək həbs olunub. Ona qarşı oğurluq, çirkli pulların yuyulması və vergidən yayınma ittihamları da irəli sürülüb. Ötən ilin dekabrında irlandiyalı funksionerə Braziliya ərazisini tərk edərək vətəninə qayıtmasına icazə verilib. 72 yaşlı Hikkinin işi üzrə məhkəmə noyabrın 29-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi