Çingiz Hüseynzadə: "Pul mükafatını Rəhimovdan alıb Zairova vermək düzgün deyil"

Çingiz Hüseynzadə: "Pul mükafatını Rəhimovdan alıb Zairova vermək düzgün deyil" "Kişi verdiyini geri almaz"
Fərdi
10 Yanvar , 2017 13:51
Çingiz Hüseynzadə: Pul mükafatını Rəhimovdan alıb Zairova vermək düzgün deyil

Bakı. 10 yanvar. REPORT.AZ/ "İntiqam Zairov hesablamalara görə, 6-cı yerdən 2-ci pilləyə qalxıb. Ona gümüş medalın verilməsi fikri var. Eyni zamanda onun özünün dopinq məsələsi araşdırılır. Baş açmıram ki, necə məsələdir". 

"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairova 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş medalının verilmə ehtimalı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

O vurğulayıb ki, hələlik hər hansı fikir söyləmək mümkün deyil: "Gümüş medal Zairova verilsin, sonra ondan dopinq çıxsa, geri alınsın? Bu barədə indi fikir bildirmək istəmirəm. Qoy, tam məsələlər həll olunsun, araşdırılsın, daha sonra cavab verək". 

Ç.Hüseynzadə bildirib ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilmədiyi üçün gümüş medaldan məhrum edilən Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimovdan pul müküfatını alıb Zairova vermək düzgün deyil: "Kişi verdiyini geri almaz. Bu səbəbdən, Vitaliyə verilən pul mükafatı geri alınmır. Zairovdan danışmaq isə tezdir. Gümüş medal ona verilsə, razılaşaq ki, bu, yarışdan qazanılan medal deyil. Ona görə də pul mükafatı haqda düşünmək lazım deyil".

Son xəbərlər

Orphus sistemi