Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir

Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir Avstriyanın paytaxtı Vyanada Avropa Olimpiya Komitələri (EOC) İcraiyyə Komitəsinin növbəti iclası işə başlayıb.
Fərdi
17 May , 2019 17:44
Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir

Avstriyanın paytaxtı Vyanada Avropa Olimpiya Komitələri (EOC) İcraiyyə Komitəsinin növbəti iclası işə başlayıb.

"Report"un məlumatına görə, tədbirdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.

Həmçinin iclasa EOC prezidenti Yanez Kotsiyançiç, baş katib Rafael Panyotsi, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq qatılıb. 

Qeyd edək ki, 18-19 mayda Vyanada Avropa Olimpiya Komitəsinin 40-cı Seminarı keçiriləcək. Seminarın gündəliyinə qarşıdan gələn Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabatı, müxtəlif komissiyaların məruzə çıxışları və gündəmdə olan mövzuların müzakirəsi daxildir.

Son xəbərlər

Orphus sistemi