Yuxarı

Cəbrayıl Həsənov: "Olimpiadaya lisenziya qazanmaq niyyətindəyəm"

Cəbrayıl Həsənov karyerasını başa vurmaq barədə fikrini dəyişdi

© Report — Cəbrayıl Həsənov

Azərbaycanın tanınmış sərbəst güləşçisi Cəbrayıl Həsənov karyerasını başa vurmaq barədə fikrini dəyişib.

Bu barədə "Report"a 30 yaşlı idmançının özü məlumat verib. 

O, Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının vaxtının dəyişməsi səbəbindən bu addımı atdığını bildirib: "Karyeramı Tokio olimpiadasında iştirak etdikdən sonra başa vurmaq istəyirdim. Amma həmişə bizim istədiyimiz olmur. Olimpiadanın vaxtı dəyişdirildi. Əsas insanların sağlamlığıdır və ümid edirəm ki, bütün dünya qısa müddətdə bu virusdan xilas olacaq. Tokio-2020-yə lisenziya qazanmaq və yarışda uğur əldə etmək niyyətindəyəm. Amma əlbəttə, yaş öz sözünü deyəcək. Buna baxmayaraq, əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Cəbrayıl Həsənov 2010-cu ildə Bakıda, 2011-ci ildə Almaniyanın Dortmund şəhərində, 2019-cu ildə isə Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanıb. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi