Rusiya sərbəst güləş millisinin baş məşqçisi: "Şərifin yeni nailiyyətlərə imza atacağına inanıram"

Rusiya sərbəst güləş millisinin baş məşqçisi: "Şərifin yeni nailiyyətlərə imza atacağına inanıram" “İkisi də layiqli rəqib idi. Bu gün Sədullayev daha güclü idi və layiqli qələbə qazandı”.
Fərdi
22 Sentyabr , 2019 18:54
Rusiya sərbəst güləş millisinin baş məşqçisi: Şərifin yeni nailiyyətlərə imza atacağına inanıram
Foto: "Report"

“İkisi də layiqli rəqib idi. Bu gün Sədullayev daha güclü idi və layiqli qələbə qazandı”.

Bunu “Report”un Qazaxıstanın paytaxtı Nur-Sultana ezam olunmuş əməkdaşına müsahibəsində Rusiya sərbəst güləş millisinin baş məşqçisi Campolat Tedeyev 97 kq çəki dərəcəsində Abdulrəşid Sədullayevlə Şərif Şərifov arasındakı final görüşünü şərh edərkən deyib.

Təcrübəli mütəxəssis Sədullayevin titulları və imicinin Şərifov üzərində təzyiq yaratmadığını biıdirib: “Onlar bir-birilərini çoxdan tanıyırlar. Hər birisinin özünəməxsus nailiyyətləri var. Bu gün kim güclü idisə, o da qələbə qazandı”.

Tedeyev "Azərbaycan yığmasının məşqçisi olsaydınız, Şərifovun döyüş taktikasında nəyi dəyişərdiniz?” - sualını belə cavablandırıb: “Gəlin, bu barədə fikir yürütməyək. Şərifin yaxşı məşqçiləri var, hələ irəlidə görüşləri çox olacaq. O zamanadək Şərifovun yeni-yeni nailiyyətlərə imza atacağına inanıram".

Son xəbərlər

Orphus sistemi