Yuxarı

Bürünc medalçı: "Bu yarışda hədəfimə çata bilmədim"

Uduzduğum döyüşçü isə məndən təcrübəli idi

Bakı. 18 may. REPORT.AZ/ "Bu yarışda hədəfimə çata bilmədim".

"Report" xəbərinə görə, bunu Bakıda keçirilən lV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın boks millisinin bürünc medal mükafatçısı Tayfur Əliyev deyib.

O, yarışın çətin olduğunu söyləyib: "Mən bu yarışa keçən ildən hazırlaşırdım. Bilirdim ki, bu yarış çətin olacaq, ona görə çox güclü hazırlaşmışdım. Çünki bu yarış mənim üçün çox böyük önəm daşıyırdı və mən öz təcrübəmə inanırdım. Amma döyüş istədiyim kimi alınmadı. Uduzduğum döyüşçü isə məndən təcrübəli idi. Onun ayaq və qolları yaxşı açılmışdı. Mən məğlubiyyətimin səbəbini bununla izah edirəm. Avropa Oyunlarındakı kimi, burada da zənciri qıra bilmədim. Ancaq inanıram ki, növbəti yarışlarda qələbə qazanacağam".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi