Paris Yay Olimpiya Oyunlarının proqramına şahmatın daxil edilməsi üçün müraciət olunub

Paris Yay Olimpiya Oyunlarının proqramına şahmatın daxil edilməsi üçün müraciət olunub Bakı. 12 fevral. REPORT.AZ/ 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramına şahmat növünün daxil edilməsi üçün ərizə verilib.
Fərdi
12 Fevral , 2019 23:34
Paris Yay Olimpiya Oyunlarının proqramına şahmatın daxil edilməsi üçün müraciət olunub

Bakı. 12 fevral. REPORT.AZ/ 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramına şahmat növünün daxil edilməsi üçün ərizə verilib.

"Report"un məlumatına görə, bununla bağlı Fransa Şahmat Federasiyası Oyunlara hazırlıq üzrə Təşkilat Komitəsinə rəsmi müraciət edib. Federasiya prezidenti Bəşər Kuatli bildirib ki, namizədlik dosyesi təşəbbüskar rolunda çıxış edən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) köməkliyi təqdim olunub.

Kuatli FIDE-nin 1924-cü ildə məhz Parisdə Fransanın təşəbbüsü ilə təsis olunduğunu və hazırda 189 milli federasiyanı özündə birləşdirdiyini xatırladıb.

Təşkilat Komitəsi dəstək verəcəyi təqdirdə, dosye Beynəlxalq Olimpiya Komitəsinə (IOC) göndəriləcək. IOC-dan müsbət cavab alınsa, şahmat yarışları Sorbonnanın zallarından birində təşkil ediləcək.

Qeyd edək ki, Paris 2024-cü il olimpiadasının təşkilatçısı qismində 2017-ci ilin sentyabrında seçilib. Fransa paytaxtında Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda, Yay Paralimpiya Oyunları 28 avqust - 8 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi