İlk turun startı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Anand ağ, Karlsen qara fiqurla oynayacaq. Ümumilikdə 12 partiya təşkil olunacaq. Hər bir qarşılaşmada 120 dəqiqəyə 40 gediş nəzərdə tutulub. Bu müddətdə qalib müəyyənləşməsə, 15 dəqiqəyə hərəyə 20 gediş imkanı veriləcək. 61-ci gedişdən isə tərəflər hər gedişə 30 saniyə əldə edəcəklər. 12 görüşün ümumi nəticəsi heç-heçə olsa, 10 partiyadan ibarət "tay-breyk" təşkil olunacaq.
Qeyd edək ki, növbəti turlar 9, 11-12, 14-15, 17-18, 20-21, 23, 25 noyabrda olacaq.