Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına futbol yarışları ilə start verilir

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına futbol yarışları ilə start verilir 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk görüşdə Kamerun yığması ilə üz-üzə gələcək
Fərdi
8 May , 2017 09:50
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına futbol yarışları ilə start verilir

Bakı. 8 may. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçiriləcək futbol yarışları ilə start veriləcək. “Report”un məlumatına görə, açılış matçı Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında olacaq.

A qrupunda yerli Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gələcək. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:30-da başlayacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 idman növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.

İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.

8 may (bazar ertəsi)

Futbol

A qrupu

10:30. Səudiyyə Ərəbistanı - Mərakeş

"Azal Arena"

18:30. Azərbaycan - Kamerun

"Bayıl Arena"

B qrupu

12:30. Əlcəzair - Türkiyə

"Bayıl Arena"

16:30. Fələstin - Oman

"Azal Arena"

Son xəbərlər

Orphus sistemi