Yuxarı

Bu gün Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatında mübarizəyə qoşulacaq

Onlardan 2-si Avropa çempionlarıdır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.

"Report"un məlumatına görə, kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı Heydərov isə iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.

Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Amelie Stoll düşüb.

İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

Dünya çempionatı

57 kq

1/32 final. İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)

73 kq

1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)

1/32 final. Hidayət Heydərov - Sajjad Sehen (İraq)

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi