Böyük Dəbilqə: 8 cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: 8 cüdoçumuz mübarizəyə başlayır Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə ilin ikinci Böyük Dəbilqəsi start götürəcək.
Fərdi
21 Fevral , 2020 10:12
Böyük Dəbilqə: 8 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə ilin ikinci Böyük Dəbilqəsi start götürəcək.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 8 idmançısı mübarizəyə qoşulacaq. Kişilərdə 60 və 66 kq, qadınlarda isə 48, 52 və 57 kq çəki dərəcələrində qaliblər bəlli olacaq.

60 kq-da Kəramət Hüseynov 1/32 finala təsadüf edən ilk görüşündə Pedro Nayr Qarsiya (Anqola) ilə, eyni çəkidəki Oruc Vəlizadə Dilmer Kalle (Peru) ilə üz-üzə gələcək. 

Orxan Səfərov və Nicat Şıxəlizadə 66 kq-da mübarizə aparacaqlar. Onlar ilk görüşlərində müvafiq olaraq Denis Vieru (Moldova) və İmad Bassu (Mərakeş) ilə qarşılaşacaqlar.

Qadınlardan 48 kq çəkidəki Aişə Qurbanlı 1/16 finalda Yeonju Oh (Cənubi Koreya) ilə, Leylа Əliyeva (hər ikisi 48 kq) isə 1/32 finalda Luz Alvarezlə (Kolumbiya) münasibətlərinə aydınlıq gətirəcək. 

52 kq-da Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda Amber Rihöllə (Belçika) üz-üzə gələcək. 

Nəhayət, 57 kq-da Aleksandra-Larisa Florian 1/16 finalda Mariya Skora (Ukrayna) ilə görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 23-də yekun vurulacaq. Qarşıdakı günlərdə Azərbaycanın 8 kişi və 1 qadın cüdoçusu da qüvvəsini sınayacaq. 

Son xəbərlər

Orphus sistemi