Yuxarı

"Formula 1": Son gündə ən yaxşı nəticəyə "Mercedes" komandası imza atdı

Bottas birinci, Hemilton ikinci oldu

Bu gün "Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyasına yekun vurulub.

"Report"un məlumatına görə, İspaniyanın Barselona şəhərindəki "Katalunya" trasında keçirilən sonuncu gündə ən yaxşı nəticəyə Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas imza atıb - 1 saat 15,732 dəqiqə (65 dövrə).

"Mercedes"in digər sürücüsü Lüis Hemilton isə 1 saat 16,516 dəqiqə (73 dövrə) göstərici ilə ikinci olub. İlk "3-lüy"ü 1 saat 17,102 dəqiqə (76 dövrə) nəticə ilə Fransanın "Reno" kollektivinin pilotu Esteban Okon tamamlayıb.

Test sessiyasının ilk günündə ən yaxşı göstəriciyə 1 saat 16, 976 dəqiqə (94 dövrə) nəticə ilə "Mercedes" komandasının pilotu Lüis Hemilton imza atmışdı. İkinci gündə isə İsveçrənin "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen hamını qabaqlamışdı. 

Qeyd edək ki, mövsüm öncəsi ikinci test sessiyası 26-28 fevralda olacaq. "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13-15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi