Yuxarı

Boks üzrə dünya çempionu məşq zamanı ölüb

Ona təxmini olaraq ağciyər arteriyalarının emboliyası diaqnozu qoyulub

Bakı. 29 avqust. REPORT.AZ/ Dünya Boks Federasiyası versiyası üzrə yarım yüngül çəkidə dünya çempionu olan fransalı Anjelik Düşman məşq zamanı ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 26 yaşlı idmançı Tüir bələdiyyəsində yerləşən boks klubunda məşq zamanı özünü pis hiss edib.

Qıza ürək masajı edilib və o, xəstəxanaya aparılıb. Lakin boksçunun həyatını xilas etmək mümkün olmayıb. Ona təxmini olaraq ağciyər arteriyalarının emboliyası diaqnozu qoyulub.

Anjelik Düşman boks üzrə dünya çempionu titulunu bu ilin mayında qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi