Bakı. 26 yanvar. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında Rusiya idmançıları və digər nümayəndə üzvlərinin riayət etməli olduqları davranış qaydalarını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə BOK-un məlumatında bildirilir.
Qaydalara görə, idmançılar ictimai fəallığın istənilən formasından çəkinməli, sosial şəbəkələrdə ünsiyyət zamanı milli bayraq, gerb, milli emblem və rəmzlər, Rusiya Olimpiya Komitəsinin emblemlərindən istifadə etməməlidirlər.
Rusiyalı idmançıları sadalanan qaydaları pozacaqları təqdirdə Oyunlardan uzaqlaşdırılmaq barədə bəyannamə imzalamalıdırlar.