Yuxarı

BOK boksu Olimpiya Oyunları - 2020-də saxlamağı tövsiyə edib

​BOK boksu Olimpiya Oyunları – 2020-də saxlamağı tövsiyə edib

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi boks idman növünün Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunları proqramında saxlanılmasını tövsiyə edib, lakin Beynəlxalq Boks Assosiasiyasını (AIBA) tanınma statusundan məhrum etməyə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu tövsiyə çərşənbə günü BOK-un İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Bununla belə, yaxın Olimpiya Oyunlarından sonra tam tanınma statusu AIBA-ya qaytarıla bilər.

Məsələ ilə əlaqədar olaraq boks turniri ilə AIBA yox, BOK-un özü məşğul olacaq. Turnirin təşkil edilməsi üçün BOK üzvü və Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabenin sədrliyi altında xüsusi işçi qrup yaradılıb. Qrup Olimpiya turnirinin 2020-ci ilin yanvar ayından may ayına qədər keçirilməli olan təsnifat yarışlarının təşkilatı ilə məşğul oolacaq. Qrup həmçinin kişi və qadın çəki dərəcələri və kvotaların paylanmasını təsdiq edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi