Bakı. 9 oktyabr. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Sumo Federasiyasını rəsmi şəkildə tanıyıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun Buenos-Ayresdə keçirilən sessiyası zamanı qərarı qəbul edilib.
BOK-un müvafiq hesabatına görə, 1992-ci ildə yaradılan Beynəlxalq Sumo Federasiyasında hazırda 84 üzv ölkə var. Dünyada sumo ilə peşəkar səviyyədə 40 minədək idmançı məşğul olur.