Bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib

Bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib Tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunub
Fərdi
3 Mart , 2017 16:30
Bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunub.

Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov əvvəlcə "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülənləri mükafatlandırıb. Daha sonra o, "Əməkdar məşqçi", "Əməkdar idman ustası" fəxri adlarını təqdim edib. Bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanlara isə diplomlar verilib.

Son xəbərlər

Orphus sistemi