Yuxarı
    Bağlamaq

    Beynəlxalq Olimpiya Komitəsində müxtəlif vəzifələrə seçkilər keçirilib

    Dünya Güləş Birliyinin prezidenti Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasını təmsil edəcək

    Bakı. 7 fevral. REPORT.AZ/ Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinə üzv seçilib. 

    "Report"un məlumatına görə, seçki İOC-un Cənubi Koreyanın Pxençxan şəhərindəki 132-ci Sessiyası çərçivəsində gerçəkləşib. Serbiyalı funksioner İcraiyyə Komitəsində qarşıdakı 4 il müddətində üzv olacaq. O, Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq. 

    Sessiya çərçivəsində İOC-un vitse-prezidenti vəzifəsinə seçki də olub. Bu vəzifəni çinli Yuy Tszaytsin tutub. 

    Bundan başqa çexiyalı Yirji Keyval İOC-un yeni üzvü seçilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi