Yuxarı

Beynəlxalq Cüdo Federasiyası Bakı haqqında məqalə dərc edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ "İlk dəfə Bakıda olanda ağıla gələn ilk şey, sadəcə, "Vau!" olur".

"Report" xəbər verir ki, bu fikirlər Alan Abrahamsonun sentyabrın 20-dən 27-dək Azərbaycan paytaxtında keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş məqaləsində yer alıb. Məqalə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc edilib.

Məqalədə Bakının rəngarəngliyi, gözəllikləri və nəfəs kəsən hisslər yaratmasından danışılır. Müəllif qeyd edir ki, Bakını dünyanın meqapolisləri və ya tarixi şəhərləri ilə müqayisə etməyə tələsmək lazım deyil: "Aldanmayın. Bakı bu fikirlər olmadan da sizi təəccübləndirəcək məqamlara malikdir", - müəllif yazır.

Bundan başqa, A.Abrahamson məqalədə şəhərin tarixi keçmişi, onun 12-15-ci əsrlərə aid memarlıq mirası ilə hazırkı futurustik memarlığı arasında paralellər aparıb, Heydər Əliyev Mərkəzini, Alov qüllələrini (FlameTowers) və Bakının yeni vizit kartları olan digər göydələnləri müasir memarlıq nümunələri kimi qələmə verib.

Həmçinin məqalədə Bakının böyük beynəlxalq turnirlər keçirməkdəki uğurlu təcrübəsi vurğulanıb: "2012-ci ildə Bakı "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edib. İlk Avropa Oyunları da 2015-ci ildə Bakıda keçirilib. Son iki ildə Formula-1 pilotları Bakı yollarında yarışıb. Bundan başqa, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin bir oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi