Yuxarı

Beynəlxalq Boks Assosiasiyası 2016-cı il olimpiadasında çalışmış 36 hakimdən imtina edib

Onların arasında Azərbaycan təmsilçisi də var

Bakı. 13 iyul. REPORT.AZ/ Beynəlxalq Boks Assosiasiyası (AİBA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çalışmış bütün hakimlərlə əməkdaşlığa son qoyub. 

"Report" TASS-a istinadən xəbər verir ki, assosiasiya son olimpiadada iştirak edən 36 hakimdən imtina edib. Onlardan biri Azərbaycanı təmsil etmiş Rövşən Hüseynovdur. Hakimlərin hansı müddətə yarışlardan kənarlaşdırıldığı məlum deyil.

Qeyd edək ki, AİBA "Rio-2016"dakı hakimlikdən narazı qalıb. Bundan sonra hakim təyinatlarına cavabdeh olan Kərim Buzidi vəzifəsindən kənarlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi