Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”

Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm” “Azərbaycan və Bakı heyranedicidir”
Fərdi
24 İyun , 2017 16:55
Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”

Bakı. 24 iyun. REPORT.AZ/ “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm. Azərbaycan və Bakı heyranedicidir”. 

“Report”un məlumatına görə, bunu Formula 1-in sabiq sədri Berni Ekklstoun Bakı Şəhər Halqasının (BŞH) rəsmi “facebook” səhifəsində təşkil olunan canlı müsahibə zamanı deyib.

87 yaşlı funksioner BŞH-nın özəlliklərinə də toxunub: “İnsanlar şəhər treklərini çox sevirlər. Çünki özlərini maşınlara yaxın hiss edirlər”.

B.Ekklstoun “Nəvəniz Formula 1 pilotu olmaq istəsə, ona nə deyərdiniz” sualına belə cavab verib: “Deyərdim ki, o qədər axmaq olma, həvəsin keçəcək”.

Qeyd edək ki, Berni Ekklstoun Formula 1-ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. Məhz britaniyalı yarışları kommersiya baxımından ildə 2 milyard dollardan çox gəlir gətirən uğurlu layihə edib.

Son xəbərlər

Orphus sistemi