BƏƏ paralimpiyaçısı üzərinə metal dirək düşməsi nəticəsində ölüb

BƏƏ paralimpiyaçısı üzərinə metal dirək düşməsi nəticəsində ölüb Bədbəxt hadisə Londonda baş verib
Fərdi
12 İyul , 2017 10:10
BƏƏ paralimpiyaçısı üzərinə metal dirək düşməsi nəticəsində ölüb

Bakı. 12 iyul. REPORT.AZ/ Nizəatma növündə çıxış edən BƏƏ paralimpiyaçısı Abdulla Hayaey İngiltərənin paytaxtı Londonda məşq edərkən bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı idmançının üzərinə məşq vaxtı metal dirək düşüb. O, yerindəcə keçinib.

Qeyd edək ki, Abdulla Hayaey 14 - 23 iyulda Londonda keçiriləcək dünya çempionatına hazırlaşırmış. İndi onun xatirəsini yad etmək üçün yarışların açılış mərasimində bir dəqiqəlik sükut elan olunacaq.

Son xəbərlər

Orphus sistemi