Yuxarı

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri bəlli olub

Bakıdakı dünya çempionatı üçün ulduz səfir

Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif sentyabrın 16-da Bakıda start götürəcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib.

"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, müğənni mundiala hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqrama qatılacaq. Bunlarla yanaşı, o, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Qeyd edək ki, nüfuzlu yarışın daha bir səfiri dünya çempionu, olimpiya mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır. Hər iki ulduz səfir apreldə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunu izləyib. Dünya çempionatı bir həftəyədək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi