Yuxarı

Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar verildi

Bakıda yarımçıq dayandırılan Dünya Kuboku barədə qərar verildi
Dinlə

519

Bu il martın 12-də Bakıda start götürdüyü halda, yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib. 

"Report"un Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən məlumatına görə, qurumun İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib.

Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək. 

Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi