Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası işə başlayıb.
"Report" xəbər verir ki, tədbirdə WADA-nın prezidenti Kreyq Ridi, baş direktor Olivye Niggli, gənclər və idman naziri
İclas zamanı ötən ili hesabatı dinləniləcək, eyni zamanda 2019-cu ilin noyabrında Polşada keçiriləcək idmanda dopinq məsələləri üzrə beynəlxalq konfransda WADA-ya prezident və vitse-prezident vəzifələrinə seçim qaydaları müzakirə olunacaq.
Bununla yanaşı, mərasimdə WADA-nın daimi komitə sədrləri tərəfindən maliyyə, tibb, təhsil və digər sahələrdə görülməkdə olan işlərə baxılacaq.
İclas bu gün öz işini yekunlaşdıracaq. Saat 15:30-da isə Kreyq Ridinin mətbuat konfransı olacaq.