Bakıda qəzaya düşən pilot ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək

Bakıda qəzaya düşən pilot ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı qəza keçirən Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək.
Fərdi
26 Aprel , 2019 15:25
Bakıda qəzaya düşən pilot ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı qəza keçirən Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək. 

“Report” komandanın Mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı pilotun trasdakı lyukun qapağına ilişərək zədələnən bolidinin şassiləri dəyişdirilməlidir. 

Qeyd edək ki, hazırda trasdaklı lyuklərin qapaqlarının yoxlanılması davam edir. Saat 15:00-a nəzərdə tutulan “Formula 2” yarışının sıralama turu da təxirə salınıb və sessiyanın nə zaman baş tutacağı açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi