Yuxarı

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək

Yürüş avqustun 26-da saat 16.00-da Heydər Əliyev Mərkəzinin qarşısından başlayacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.

Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə 1980-ci ilədək istehsal olunan 100-dən çox klassik avtomobil iştirak edəcək.

Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin, Heydər Əliyev Mərkəzində nümayiş edilən Klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir.

Yürüş avqustun 26-da saat 16.00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Klassik avtomobillər Heydər Əliyev Mərkəzi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Vaqif prospekti - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Akademik Lev Landau küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Mehdi Hüseyn küçəsi - Teymur Elçin küçəsi - Mixail Lermontov küçəsi - Niyazi küçəsi - Azneft meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti -Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edəcək və sonda mərkəzin parkında sərgilənəcək.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-da saat 15.30-da mərkəzin qarşısında olmalıdır.

Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi