Bakıda keçiriləcək Xüsusi Olimpiya Gənc Liderlərin Qlobal Forumu ilə bağlı memorandum imzalanıb

Bakıda keçiriləcək Xüsusi Olimpiya Gənc Liderlərin Qlobal Forumu ilə bağlı memorandum imzalanıb Azad Rəhimov: "Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq"
Fərdi
4 Aprel , 2018 11:35
Bakıda keçiriləcək Xüsusi Olimpiya Gənc Liderlərin Qlobal Forumu ilə bağlı memorandum imzalanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumu ilə əlaqədar Anlaşma Memorandumunun imzalanmasına dair mərasim keçirilib.

“Report” xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Xüsusi Olimpiya Avropa Avrasiya Hərəkatının prezidenti Devid Evangelista, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, millət vəkilləri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən A.Rəhimov bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Nazir bu gün yeni tarix yazacaqlarını söyləyib: "Qürurla 24 - 28 sentyabr 2018-ci il tarixində Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Formunun keçiriləcəyini elan edirəm. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermiş olacaq. Burada 30 ölkədən 300-ə yaxın gənc və orta yaşlı nümayəndəsi bir araya gəlməklə, yeni eraya geniş və parlaq körpü salacaq. Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək".

D.Evangelista çıxışı zamanı Azərbaycanda olmaqdan qürur hissi duyduğunu deyib: "İlk növbədə, Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və nazir Azad Rəhimova təşəkkür edirəm. Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun irsi uzun, yaddaqalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir mesajla gəlir. Ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini bütün dünyada məktəb divarları arasında, eləcə də xaricində inklüzivliyi təşviq etmək üçün gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırırıq".

Daha sonra A.Rəhimov və D.Evangelista arasında memarandum imzalanıb.

Qeyd edək ki, beş gün davam edəcək forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir. Tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayrılması üçün böyük qüvvə və təkan olacaq. Forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrin başlanmasında yeni era olacaq.

1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən olan vahid partnyorları var.

1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5 minə yaxın idmançısı var.

Son xəbərlər

Orphus sistemi