Bakıda keçiriləcək "Qızıl Qran Pri"nin təqvimi açıqlanıb

Bakıda keçiriləcək "Qızıl Qran Pri"nin təqvimi açıqlanıb Yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq
Fərdi
11 Noyabr , 2016 11:10
Bakıda keçiriləcək Qızıl Qran Prinin təqvimi açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. 

"Report" Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sayca 9-cu dəfə baş tutacaq turnir noyabrın 24-də Bakı İdman Sarayında başlayacaq. 

Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi