​Bakıda keçiriləcək "Formula 1" üzrə Bakı Qran Prisinin tarixi məlum olub

​Bakıda keçiriləcək "Formula 1" üzrə Bakı Qran Prisinin tarixi məlum olub Yarış iyulun 17-də paytaxtın mərkəzi küçələrində təşkil ediləcək
Fərdi
30 Aprel , 2015 03:42
​Bakıda keçiriləcək Formula 1 üzrə Bakı Qran Prisinin tarixi məlum olub

Bakı. 30 aprel. REPORT.AZ/ 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" üzrə Bakı Qran Prisinin ilkin tarixi müəyyənləşib.

"Report"un "Autosport.com"a istinadən verdiyi məlumata görə, yarış iyulun 17-də paytaxtın mərkəzi küçələrində təşkil olunacaq.

Ümumilikdə növbəti "Formula 1" mövsümü 21 mərhələdən ibarət olacaq. Mövsüm aprelin 3-də Avstraliya Qran Prisi ilə start götürəcək və noyabrın 27-də Abu Dabi Qran Prisi ilə yekunlaşacaq.

Bildirilir ki, Britaniya və Avstriyadakı, habelə Almaniya və Macarıstandakı qran prilər bir həftəlik fərqlə keçirilsələr, Avropa Qran Prisi üçün məhz bu tarix daha məntiqli görünür.

Amma yarışı idarə edən "Formula One Group" şirkətinin mətbuat xidmətindən gələn ilin təqviminin təsdiqlənmədiyi qeyd olunub.  

Son xəbərlər

Orphus sistemi